top of page

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edib


Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Salyan şəhərində vətəndaşları qəbul edib.


Muğan TV nazirliyə istinadən xəbər verir ki, Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.


Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək.



Röya Ağayeva

Comments


bottom of page