Qubada keçmiş məhkumun həyətində külli miqdarda narkotik vasitə aşkar olunub


Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mirzəqışlaq kənd sakini, əvvəllər məhkum olunan Mirqasım Babayevin həyətindəki istixanada, həyətyanı sahəsində və yaxınlıqdakı əkin sahəsində əkib –becərdiyi ümumilikdə 110 ədəd yaş vəziyyətdə, həcminin 41 kiloqrama yaxın marixuana aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, araşdırmalar nəticəsində Mirqasım Babayevin narkotik xassəli çətənə bitkilərə oğlu, 1986-cı il təvəllüdlü Kənan Babayevlə birlikdə aqrotexniki qulluq etdiyi məlum olub.

Keçmiş məhkuma məxsus fərdi yaşayış evinin zirzəmisində istifadəyə yararsız qaz sobasının içərisində gizlədilən 16 kiloqramdan çox çətənə bitkisindən kustar üsulla hazırlanan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla əlaqədar Quba Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsində cinayət işi başlanılaraq istintaq aparılır.