Qeyri-iş günündən sonra ictimai nəqliyyata tələbat artıb – BNA-dan AÇIQLAMA


Novruz bayramı ilə əlaqədar martın 20-dən 29-dək Azərbaycanda qeyri-iş günü olub. Bu müddət ərzində şəhər daxili ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb və paytaxt sakinləri ictimai nəqliyyatın işləməməsi səbəbindən alternativ nəqliyyatlardan, xüsusilə taksilərdən istifadə ediblər. Bu gündən etibarən isə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Nəzərə alsaq ki, sərt karantin rejimində iş sahələrinin əksəriyyətinin fəaliyyət göstərməsi insanların ictimai nəqliyyata tələbatını artırır.


Məsələni diqqətdə saxlayaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, Muğan TV-yə açıqlamasında BNA-nın iş prinsipindəki hər hansı dəyişikliyin olub-olmadığına aydınlıq gətirib və bu gün üçün xəttə buraxılan avtobusların sayında artım olduğunu söyləyib:


“Bildiyiniz kimi, avtobus sayı da, avtobus arası intervallar da sərnişin təlabatına uyğun tənzimlənir. Bu gün artıq hər hansı bir xidmət, iş sahələrində məhdudiyyət yoxdur. Demək olar ki, bütün iş sahələrində fəaliyyət bərpa olunub. Əsas daşımalar məhz avtobuslarla icra olunduğunu nəzərə alaraq, avtobusların sayı adi rejimdən müqayisədə təxminən 15,20 faiz çoxdur”.


M.Ağayev onu da vurğulayıb ki, bu gün 2100-2200 avtobusun xəttə çıxışı təyin olunub.


Şahnun Qasımova Elnur Ağayev

Muğan TV