Qazinin görmə qabiliyyəti bərpa edilib


Bakı şəhərinin Binəqədi rayonunda hər mərtəbəsi 265 m² olan dördmərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi mansarda tipli binanın 4-cü mərtəbəsində yerləşən restoranın dəhlizinin tavanı 5 m² sahədə və mansardasının yanar konstruksiyaları 20 m² sah Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.

"YAŞAT" Fondundan APA-ya verilən məlumata görə, onun gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib. Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaq.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.