Qaxa güclü dolu yağıb - FOTO


Qax rayonunda hava şəraiti kəskin dəyişib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Muğan TV-yə verilən məlumata görə, rayonun İlisu kəndinə dolu yağıb.


Təxminən, 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.


Kənd sakinləri "Report"a bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.


Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.


Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1 400 metr yüksəklikdə yerləşir.