Qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq xəsarət alıb


Bu gün saat 10:00-a qədər olan məlumata görə qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.