Qardabanidə iki azərbaycanlı yeniyetmə göldə boğularaq ölüb


Gürcüstanın Qardabani rayonunda süni göldə batan digər yeniyetmənin də meyiti tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, batan şəxslərin hər ikisi Nəzərli kənd sakinidir.

İlkin məlumatlara əsasən, 15 yaşlı yeniyetmə sahilə çıxa bilməyib və 17 yaşlı dostu ona kömək etməyə çalışıb. Nəticədə hər ikisi boğularaq ölüb.

17:32