top of page

Qardaşı: “Qəza Oqtaygil çəkilişdən qayıdıb bağ evinə gedən vaxt baş verib”


“Qəza baş verəndə Oqtaygil çəkilişdən qayıdıb bağ evinə gedirlərmiş. Avtomobili də Oqtayın özü sürürmüş”.

Bunu mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin qardaşı Elçin Əlibəyli bildirib.

E.Əlibəyli qardaşının ölümündən çox kədərləndiyini vurğulayıb.

Vida mərasimi keçirilən zaman mərhumun evinə təcili tibbi yardım da çağırılıb. Elçin Əlibəyli təcili tibbi yardımın halı pisləşən valideynləri və Dilarə Əliyeva üçün gəldiyini bildirib.

Təcili yardım həkimi “Report”un əməkdaşına bildirib ki, mərhumun yaxınlarının səhhəti hazırda normaldır.

Qeyd edək ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev dünyasını dəyişib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

コメント


bottom of page