Qarabağda rus dili “rəsmi dil” elan edildi
top of page

Qarabağda rus dili “rəsmi dil” elan edildi


Qarabağda hələ də rus sülhməramlılarının məsuliyyət zonasında guya fəaliyyət göstərdikləri haqda rəy yaradan separatçılar keçmiş, qondarma, de-fakto və de-yure mövcud olmayan “dqr”də rus dilini “rəsmi dil” elan ediblər.


Muğan TV Axar.az -a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.


Separatçıların qondarma “deputatları” guya bu barədə qərar verib.


Qeyd edək ki, Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində erməni separatçıların destruktiv fəaliyyəti ciddi qıcıq doğurmaqdadır. Ermənistanda belə ruscanı qadağan edən, rus kanallarının ölkədə yayımını dayandıran, bircə ədəd də rusdilli məktəbin fəaliyyətinə imkan verməyən Ermənistan hakimiyyəti Azərbaycanın hazırda rus sülhməramlılarının nəzarəti altında olan hissəsində Rusiyaya “jest” etmək yolunu seçərək, mümkün bütün vasitələrlə Kremlin dəstəyini almağa və separatçı fəaliyyətini davam etdirməyə çalışır.



bottom of page