"Qarabağ" dünya reytinqində daha 7 pillə irəliləyib
top of page

"Qarabağ" dünya reytinqində daha 7 pillə irəliləyib


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

149 xala malik "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 62-ci sıradadır. Ölkə çempionu Argentinanın "Talyeres" (Kordoba) klubu ilə eyni xala malikdir.

Ağdamlılar Avropa təmsilçiləri arasında 40-cı, postsovet məkanında birinci olub.

Türkiyə komandalarından "Fənərbağça" 162,5 xalla 46-cı, "Başakşehir" 126 xalla 91-ci, "Trabzonspor" 115 xalla 112-ci, "Sivasspor" 129-cu, "Qalatasaray" isə 79,5 xalla 206-cıdır.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 313 xal), "Real Madrid" (İspaniya - 308) və "Palmeyras" (Braziliya - 263) qərarlaşıb.

bottom of page