Qarabağdakı 44 gün Fulya Öztürkün təqdimatında - Video


CNN Türk telekanalının müxbiri Fulya Öztürk Azərbaycanın qələbəsi ilə yekunlaşmış İkinci Qarabağ müharibəsi haqda sənədli film hazırlayıb.


Muğan TV xəbər verir ki, reportajda 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycan xalqına qarşı hərbi cinayətindən, düşmən tərəfindən Gəncə, Bərdə və Tərtərə raket zərbələrindən xronoloji ardıcıllıqla bəhs olunur.


Video-sujetdə Fulya Öztürkün müharibə zamanı işğaldan azad olunmuş ərazilərdən hazırladığı reportajlara, Azərbaycan xalqının qələbə sevincinə də yer verilib.