"Qarabağ"ın yeni transferi Bakıya gəlib "Qarabağ"ın anlaşdığı Ukrayna "Minay"ının futbolçusu Rüstəm Əhmədzadə artıq Bakıdadır. 21 yaşlı futbolçu keçidin son detallarını müzakirə etmək və tibbi müayinədən keçmək üçün Azərbaycana gəlib. Gənc hücumçu müayinədən uğurla keçəcəyi halda, onunla rəsmi müqavilə imzalanacaq. 2020-ci ilin iyulundan "Minay"da çıxış edən Rüstəm Əhmədzadə həmçinin Azərbaycan millisinin də formasını geyinir.

Comments