Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik.
Muğan tv xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Almaniyada yerli "Bayer 04" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Rusiyalı qolkiper şansların bərabər olduğunu bildirib: "Bu, futboldur. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən şansdan istifadə etməyə və öz oyunumuzu sərgiləməyə çalışacağıq".
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Comments