top of page

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir


“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstan klubu “Ferentsvaroş”a bu ay keçmək istəyir.

Qanalı hücumçu bununla bağlı fikrini Azərbaycan klubuna bildirib.

26 yaşlı forvard “Ferentsvaroş”la mövsümün sonunda 2 illik müqavilə bağlamağa razılaşsa da, qış transfer dönəmində bu keçidin reallaşmasının tərəfdarıdır. Hazırda klublar arasında bu yöndə danışıqlar getdiyi bildirilib.

Qeyd edək ki, Kvabena Ovusunun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Comments


bottom of page