top of page

Qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahəsində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib. Bu barədə Muğan tv-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Mıxlıqovaq kənd sakinləri İbrahim Süleymanov, Dəyanət Cavadov, Göygöl rayonu, Toğanalı kənd sakinləri Bəxtiyar Verdiyev, Abdal İsmayılov, Nadir Rzayev, Ağa Quluyev və Rəfail Quliyev olduğu müəyyən olunub.

Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.



Comments


bottom of page