top of page

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Füzulidəki mövqelərini atəşə tutub


Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.


Bu barədə Muğan TV-yəMüdafiə Nazirliyindən məlumat verilib.


Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.


Röya Ağayeva

Comments


bottom of page