Qafqaz və ətraf regionlar üçün geniş zəlzələ kataloqu hazırlanıb.
Muğan tv xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Amerika Seysmoloji Cəmiyyətinin "Seysmoloji Tədqiqatlar" jurnalında "Qafqaz regionunda zəlzələlərin yenidən müəyyən edilməsi və Kompleks Kataloqunun tərtibi)" mövzusunda yazdığı məqalədə məlumat verilib.
Bildirilib ki, Lourens Livermor Milli Laboratoriyası, İliya Dövlət Universiteti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlığı çərçivəsində daha geniş ehtimal xarakterli seysmik təhlükənin qiymətləndirilməsinə dair layihə çərçivəsində sovet dövründən qalan kağız bülletenlər rəqəmsallaşdırılıb və regional bülletenlər əsasında zəlzələlərin vahid kataloqu tərtib edilib.
Həmçinin birölçülü sürət modeli hazırlanıb və zəlzələ məlumatları yenidən emal üçün istifadə edilib. Yekun kataloqda 1900-cü ildən 2015-ci ilə qədər Qafqaz regionunda maqnitudası 3,7 və yuxarı olan 16 963 zəlzələlərin parametrləri dəqiqləşdirilib.
Comments