top of page

Qəbələdə regionun ən böyük xəstəxanası müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub



Qəbələdə regionun ən böyük xəstəxanasının müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub ki, bu da insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə yardım edəcək.

Muğan tv xəbər verir ki, Bunu Report-a Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov bildirib.

Xəstəxananın direktoru deyib ki, müasir cihazların xəstəxanaya gətirilməsi insanların Bakıya və digər şəhərlərə tibbi xidmət alması üçün üz tutmasının qarşısını alacaq.

"Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub", - C.Əhmədov vurğulayıb.

コメント


bottom of page