Qəbələdə minik avtomobili yanıb


Qəbələdə minik avtomobili yanıb.


Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, rayonun Nic qəsəbəsində ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.


Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.