top of page

Qısqanc qadın ərini öldürdü


Türkiyədə qadın 7 ay öncə evləndiyi ərini qısqanclıq zəminində öldürüb.


Muğan TV xarici Türkiyə mediasına istinadən məlumat verir ki, Uşakda evlərində mübahisə zamanı ərini bıçaqlayaraq öldürən Emine Aka ifadəsində qətlin səbəbini açıqlayıb. Aka bildirib ki, hadisə həyat yoldaşını qısqandığı üçün mübahisə davaya çevrilən zaman baş verib.


Səs-küyü eşidən qonşular polis və təcili tibbi yardım çağırıblar. Həkimlərin ilk müdaxiləsindən sonra kişi xəstəxanaya aparılıb, lakin həkimlərin bütün müdaxiləsinə baxmayaraq ölüb.


Röya Ağayeva

Comments


bottom of page