PSJ klubu tenderdə FIFA-ya rəqib olub
top of page

PSJ klubu tenderdə FIFA-ya rəqib olub


Fransanın PSJ klubu Parisdəki “Stad de Frans” stadionunun alınması ilə bağlı tenderdə iştirak edəcək.

Parislilər bununla bağlı ilkin təmaslarını qurublar.

Klub rəsmilərindən biri açıqlamasında “Stad de Frans”ı almağa namizəd olduqlarını təsdiqləyib. Fransa hökuməti 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarından sonra adıçəkilən stadionu 600 milyon avroya satmağa ümid edir.

Qeyd edək ki, FIFA da “Stad de Fran”ı almaqda maraqlıdır.

bottom of page