top of page

Professordan ŞOK təklif: Ölü qadınlardan...


Oslo Universitetinin professoru Anna Smajdor beyin ölümü keçirən qadınlardan surroqat ana kimi istifadə etməyi təklif edib.

Mugantv verir ki, "Daily Mail"-in məlumatına görə, qadınlar öldükdən sonra bədənlərinin uşaq dünyaya gətirmək üçün istifadə edilməsinə həyatda olduqları vaxt razılıq verə bilərlər.

Professor hesab edir ki, bu məqsədlər üçün ölülərdən də istifadə oluna bilər. O, bunun texniki olaraq necə edilə biləcəyini izah etməyib, lakin bunun "elmi fantastika olmadığını" vurğulayıb.

Ümumiyyətlə, məqalədə izah edildiyi kimi, beyin ölümünün səbəbi ürək dayanması, infarkt, beyinə qan və ya oksigen axınını kəsən digər zədələr ola bilər. Bu proses geridönməzdir. Bununla belə, bədənin işi aparat tərəfindən dəstəklənə bilər.

Smajdor əlavə etdi ki, insanlar tez-tez donor olurlar. Ölümdən sonra orqanlar transplantasiya gözləyənlərə köçürülür və bu, həyatları xilas edir. O vurğulayıb ki, ölümdən sonra uşaq dünyaya gətirmək məsələsində də məntiq eynidir. Bununla belə, alim məsələnin həssas olduğunu etiraf edib və onun təklifinin hiddətə səbəb ola biləcəyini də gözləyir.

Comments


bottom of page