
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.
Muğan Tv APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Dövlət başçısına Müstəqillik abidəsi barədə məlumat verilib.
Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.
Comments