Prezident İlham Əliyev Bakıda 4 saylı DOST mərkəzinin açılışında iştirak edib - FOTO / VIDEO


Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonunda yerləşən 4 saylı DOST mərkəzinin açılışı olub.


Muğan TV APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.


Dövlətimizin başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış olub.