top of page

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirdi və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə etdi.

Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğuladı ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Comments


bottom of page