Polşanın Baş naziri Avropa ölkələrini Rusiya əmlakını müsadirə etməyə çağırıb
top of page

Polşanın Baş naziri Avropa ölkələrini Rusiya əmlakını müsadirə etməyə çağırıb


Avropa Ukraynanı dəstəkləmək üçün daha güclü siyasi iradə nümayiş etdirməlidir, çünki təcavüzkarlar gec-tez vurduqları zərərin əvəzini ödəməli olacaqlarını bilməlidirlər.

Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanın Haydelberq şəhərindəki Ruprext-Karl Universitetində çıxışı zamanı bildirib.

“Mən bütün Avropa liderlərinə demək istəyirəm: “Ukraynanı yenidən qurmaq və avropalılar üçün enerji xərclərini azaltmaq üçün Rusiyanın əmlakını müsadirə etməyin vaxtı çatıb”, - siyasətçi bildirib.

Baş nazir qeyd edib ki, indi müharibə ümumi Avropa dəyərləri uğrunda gedir və ukraynalılar təkcə özləri üçün deyil, həm də bütün Avropanın azadlığı uğrunda savaşırlar.

“Bizim gələcəyimiz həm də bu savaşın sonuclarından, onun necə başa çatmasından asılıdır”, - Polşa hökumətinin başçısı əlavə edib.

bottom of page