Parlamentdə hökumət hesabatının müzakirəsi başladı, Əli Əsədov da iştirak edir


Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Muğan TV Trend-ə istinadən bildirir ki, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

2. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.

İclasda Baş nazir Əli Əsədov, nazirlər və komitə sədrləri və digər hökumət üzvləri iştirak edir