top of page

Pakistan hökuməti istefa verəcək - Baş nazir açıqladı


Pakistan hökuməti Milli Assambleyanın səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verəcək.


Muğan TV xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.


Onun sözlərinə görə, hökumətin istefası avqust ayına planlaşdırılır.


“Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək. Bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Seçkilərin tarixini Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək”, - deyə Baş nazir qeyd edib.



Comments


bottom of page