top of page

Pakistan aviaşirkəti Azərbaycanda filialını yaradıb



İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Pakistan İnternational Airlines Corporation Limited" şirkətinin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.


Muğan TV Nazirliyə istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 151, qanuni təmsilçi isə Pakistan vətəndaşı Haider Bilaldır.

Xatırladaq ki, "Pakistan İnternational Airlines Corporation Limited" ölkəsinin müxtəlif şəhərlərindən Bakıya uçuşlar həyata keçirir.


Mehriban Mirzəzadə


bottom of page