top of page

Paşinyan: “Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər təqdim edib”


“Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib”.


Muğan TV TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.


"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o bildirib.


Röya Ağayeva

Comments


bottom of page