Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması xəbəri yalandır
top of page

Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması xəbəri yalandır



Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının atəşkəsin pozulması barədə yaydığı məlumata münasibət bildirib.


Nazirlikdən bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

bottom of page