Onun üçün Avro-2020 bitdi


Niderland millisi ciddi itki ilə üzləşib.

Muğan TV qol.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Luk De Yonq zədələnib. Millinin ötən axşam keçirilən məşqində diz bağlarından zədə alan 31 yaşlı futbolçunun uzun müddət meydana çıxa bilməyəcəyi məlum olub. Avro-2020-ni erkən bitirən "Sevilya"nın hücumçusu artıq milli komandanın düşərgəsini tərk edib. Qeyd edək ki, Niderland yığması yer aldığı C qrupunda 9 xal toplayaraq 1/8 finala adlayıb.