top of page

Ombudsman TÜRKPA-nın Baş katibi ilə görüş keçirib



Ombudsman Səbinə Əliyeva Türkdilli Ölkələrin Parlament Assambleyasının

(TÜRKPA-nın) Baş katibi Mehmet Süreyya Eri qəbul edib.

Görüşdə qurumlar arasında ümumi əməkdaşlıq, habelə Türk Dövlətlərinin

Ombudsman təsisatları arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri

müzakirə edilib. Tərəflər parlamentlərin hazırladığı qanun layihələrində həssas

qrupların ehtiyac və maraqlarının nəzərə alınması ilə bağlı imkanlar, xüsusilə də,

bu sahədə ombudsman institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

S.Əliyeva qonaqlara Azərbaycan Ombudsman təsisatının beynəlxalq

təşkilatlarla əməkdaşlığı barədə məlumat verib. O, təsisatın Milli İnsan Hüquqları

İnstitutlarının Qlobal Alyansına üzv olduğunu, həmçinin Asiya Ombudsmanlar

Assosiasiyasında Azərbaycan Ombudsmanının Ombudsmanlar Assosiasiyasında isə İdarə Heyəti üzvü olduğunu diqqətə çatdırıb.O, həmçinin Türk Dövlətləri Ombudsmanlar Assosiasiyasının yaradılması ilə bağlıtəkliflər verdiyini və bu istiqamətdə həyata keçirilən fəaliyyət barədə danışıb.Ombudsman Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə

nəticələnmiş Vətən müharibəsi zamanı türk dünyasının ölkəmizə mənəvi

dəstəyinin önəmini qeyd edib.Görüş zamanı, həmçinin “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda birgə konfrans və tədbirlərin təşkili barədə fikir

mübadiləsi aparılıb.





ความคิดเห็น


bottom of page