top of page

Ombudsman Aparatında cari il üzrə təhsilalanların təcrübəsi başlayıb



Ombudsman Aparatında cari il üzrə təhsilalanların təcrübəsi başlayıb. Bununla bağlı Muğan tv-yə Azərbaycan Respublikasının İnsan Hüquqları

üzrə Müvəkkili (Ombudsman) Aparatının Mətbuat Xidmətindən məlumat verilib

Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində 2023/2024-cü tədris ili üzrə 3

universitetin tələbə və magistrantlarının Azərbaycan Respublikasının İnsan Hüquqları

üzrə Müvəkkili (Ombudsman) Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb.

Birinci mərhələdə təcrübəyə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan

hüquqları və Tibbi hüquq ixtisaslaşmaları üzrə magistrantları, Azərbaycan Dillər

Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq, həmçinin Tərcümə

fakültələrinin, Qərbi Kaspi Universitetinin Politologiya ixtisası üzrə təhsil alan tələbələri

cəlb olunublar.

Təcrübənin ilk günündə Ombudsman Səbinə Əliyeva tələbə və magistrantlarla

görüşərək, təsisatda gənclərin təcrübə keçməsinin ənənəvi hal olduğunu qeyd edib.

Təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların əmək bazarının

tələblərinə uyğun rəqabətqabiliyyətli və qlobal çağırışlara cavab verəcək kadr kimi

formalaşdırılmasına xidmət edən bu təcrübədən faydalanmağı tövsiyə edilib.

Görüşdə, həmçinin təcrübəçilərə “Azərbaycan Respublikasının İnsan hüquqları

üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu,

o cümlədən digər qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq

müqavilələrlə tanış olmağın əhəmiyyəti vurğulanıb.

Daha sonra ölkəmizdə insan hüquqlarının təmini istiqamətində həyata keçirilmiş

islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının

yaranması və fəaliyyətinin hüquqi əsasları, Ombudsman Aparatının strukturu və digər

məsələlər barədə Aparatın məsul əməkdaşları tərəfindən məlumat verilib. Müvəkkilin

mandatının genişləndirildiyi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın

və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsi, bərabərlik hüququnun

təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə

müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyətinin təsbit

olunduğu, təsisatın fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar digər addımların atıldığı

diqqətə çatdırılıb.

Sonda təcrübə prosesinin təşkili, təcrübə qaydaları və qiymətləndirilmə meyarları

ilə bağlı ümumi məlumat verilib, tələbə və magistrantları maraqlandıran suallar

cavablandırılıb.

コメント


bottom of page