top of page

Oşakbayev: “Qazaxıstan Azərbaycanın logistika, tranzit və enerji layihələrində maraqlıdır”


“Qazaxıstan Azərbaycanın həyata keçirdiyi logistika, tranzit və enerji layihələrində iştirakda maraqlıdır”.

Bunu açıqlamasında Qazaxıstandakı “Talap” Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru Rahim Oşakbayev məlumat verib.

Ekspertin sözlərinə görə, Qazaxıstan dənizə birbaşa çıxışı olmayan ölkədir: “Hazırda baş verən geosiyasi dəyişiklikləri nəzərə alsaq, Qazaxıstanın ixrac marşrutlarının şaxələndirilməsinə təcili ehtiyac olduğunu söyləyə bilərik”.

R.Oşakbayev xatırladıb ki, Prezident İlham Əliyevin Qazaxıstana son səfəri zamanı Azərbaycanın Qazaxıstanın neft ixracını şaxələndirmək cəhdlərini dəstəkləyəcəyi barədə razılıq əldə olunub: “Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,5 milyon ton neft tədarük etməyi planlaşdırır”.

O vurğulayıb ki, Azərbaycan hər zaman aydın xarici siyasət yürüdüb.

R.Oşakbayev bu gün Şuşada ikinci sessiyası keçirilən “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransı yüksək qiymətləndirib.

Ekspert tədbir iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün onda dərin təəssürat yaratdığını vurğulayıb.

Kommentare


bottom of page