top of page

Oğuzda qəbiristanlıqlarda olan ağacları kəsən şəxslər müəyyənləşib


Oğuzda köhnə qəbiristanlıqlarda olan ağacları kəsən şəxslər müəyyənləşib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

O qeyd edib ki, rayonun Muxas kəndi ərazisində yerləşən qəbiristanlıqda ağacların kəsilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Həmin əraziyə baxış keçirilib və təbiətə vurulan maddi ziyanın məbləğinin hesablanması məqsədilə müvafiq ekspertiza təyin edilib.

İlkin araşdırma zamanı ağacların iki nəfər kənd sakini tərəfindən kəsildiyi məlum olub və hazırda araşdırmalar davam etdirilir.

Comments


bottom of page