top of page

Oğuz sakinindən odlu silah götürülüb


Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah saxlayan A.Məmmədli saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Muğan tv-yə verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən tapança aşkarlanıb.

Saxlanılan şəxs silahı tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Comments


bottom of page