Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı
top of page

Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı


Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb.

Muğan TV Report-a istinadən bildirir ki, bu barədə N.Məhərrəmlinin özü məlumat verib.


Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.


Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O həmçinin 2003-2020-ci illər ərzində Şuranın sədri vəzifəsində çalışıb.



bottom of page