top of page

Novxanı qəsəbəsində “Makarov” satmaq istəyən şəxs saxlanılıb - FOTO


Novxanı qəsəbəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.


Bu barədə Muğan TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Emin Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. Emin Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.


Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Comments


bottom of page