top of page

Nigeriya Futbol Federasiyası FIFA-nın tələbini yerinə yetirib


Nigeriya Futbol Federasiyası FIFA-nın reqlamentlə bağlı tələbini yerinə yetirib.

Mugantv xəbər verir ki, yerli Hakimlər Komitəsinə (HK) yeni sədr təyin olunub.

Qaydalara görə, HK-ya müəyyən səviyyədə hakimliklə məşğul olmuş keçmiş referi rəhbərlik etməlidir. Əvvəllər nigeriyalılar bu şərtə əməl etmirdilər və komitə heç vaxt hakimliklə məşğul olmayan şəxsin nəzarətində idi.

Qeyd edək ki, 2023-cü ilin yanvarından Nigeriya futbolu tarixində ilk dəfə olaraq federasiya rəhbərinin səlahiyyətləri qadına - keçmiş FIFA referisi Feyt İrabora keçib. Əvvəllər o, həm də Afrika Futbol Konfederasiyasında hakim təlimatçısı işləyib.

Comments


bottom of page