Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yaydı


Martın 24-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub.


Bu barədə Mu]an TV Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.


Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.