top of page

Naxçıvanda ilk dəfə faydalı qazıntı yataqları üzrə hərrac keçirildi - FOTO


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən iyulun 7-də yerin təkinin istifadəyə verilməsi üzrə Naxçıvan şəhərində ilk dəfə hərrac keçirilib.


Muğan TV xəbər verir ki, hərracda 1 lot üzrə Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonu ərazisində yerləşən “Qoşaquldağ” (Pircuvardüzü) qum yatağı satışa çıxarıldı.


Başlanğıc qiyməti 15180 manatdan başlayan yatağın istismar müddəti 15 ilədəkdir.



Comments


bottom of page