top of page

Naxçıvanda Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü qeyd olunub


Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr olunan konfrans baş tutub.

Muğan tv xəbər verir ki, iyulun 12-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə Naxçıvanda “14 iyul 1969-cu il: Azərbaycanda milli intibahın başlanğıcı” adlı konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzüblər.

Sonra Heydər Əliyev Sarayının foyesində təşkil olunan sərgiyə baxış olub. Sərgidə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində mühafizə olunan və 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Ulu Öndərin Naxçıvan səfərlərinin yaddaqalan məqamlarını, muxtar respublika sakinləri ilə səmimi görüşlərini və mətbuatda çıxışlarını əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Comments


bottom of page