top of page

Naxçıvanda dumanlı hava qəzaya səbəb olub, ölən var

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Muğan TV report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəhri qəsəbəsində olub.


Minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü - İmanov Xaliq Eldar oğlu vəfat edib.


Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.


Faktla bağlı araşdırma aparılır.


Röya Ağayeva

Comments


bottom of page