top of page

Naxçıvanda 10 elektrik doldurucu stansiya quraşdırılacaq


Naxçıvanda ilkin mərhələdə 10 elektrik doldurucu stansiya quraşdırılacaq.

Muğan tv xəbər verir ki, bunu muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev jurnalistlərə bildirib.

Nazir vurğulayıb ki, bu ilin 6 ayı ərzində muxtar respublikada əldə olunan enerjinin 61,1 faizi günəş elektrik stansiyaları və su elektrik stansiyaları vasitəsilə təmin olunub. Bu, ekoloji baxımdan səmərəli hesab edilir: "Naxçıvanda ilkin mərhələdə elektromobillər üçün 10 elektrik doldurucu stansiyanın alınıb quraşdırılması nəzərdə tutulub. Bu prosesə özəl şirkətlər də cəlb olunacaq.

2025-ci ildə Naxçıvanda təbii fəlakət, dolu, daşqın, sürətli küləklər, leysan xarakterli yağıntılar haqqında 3 saat əvvəlcədən dəqiq məlumat verən “dopler” radar sistemi quraşdırılacaq. Bu il 2 ədəd aqrometeroloji stansiyanın alınaraq Ordubad və Kəngərli rayonlarında quraşdırılması nəzərdə tutulub".

X.Mustafayev bildirib ki, cari ildə muxtar respublikada 550 hektar ərazidə toxum və tinglər vasitəsilə meşəsalma və meşəbərpa tədbirləri nəzərdə tutulub. Yaz əkini mövsümündə artıq 431,6 hektarda (79 %) yaşıllaşdırma işləri görülüb.

Muxtar respublikanın 5 filiz yatağının istismarı üçün sərmayənin cəlb olunması planlaşdırılır.

Comments


bottom of page