top of page

NATO-nun mobil təlim qrupu Azərbaycana gəlib


Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib.

Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim qrupu tərəfindən "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu və qitmətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub.

Daha sonra sindikatlar üzrə müxtəlif hazırlıq fəaliyyətləri icra edilib.

Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilib.

Comments


bottom of page