Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Moskvada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib. Muğan tv TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb.
Bildirilib ki, təmaslar zamanı iki ölkə arasında ekoloji əməkdaşlığın cari məsələləri və Rusiya nümayəndə heyətinin COP29-da işirakına hazırlıq müzakirə edilib.
Bildirilib ki, görüşdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev və iki ölkənin federal nazirliklərinin nümayəndələri iştirak ediblər.
ความคิดเห็น