top of page

Murad Musayev: "Bu hakimlə xal qazanmaq şansımız yox idi"


"Bu hakimlə xal qazanmaq şansımız yox idi". Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, referi İnqilab Məmmədov ilk 15 dəqiqədə müdafiə xəttindəki iki oyunçuya və ya dayaq yarımmüdafiəsinə sarı vərəqə göstərmək istəyirsə, deməli, niyyəti başqadır: "Oyunu fərqli idarə etmək istəyir, özünü hamıdan ağıllı sayır. Matçdan sonra, sadəcə, təşəkkür etmək üçün ona yaxınlaşdım, ikinci sarı vərəqəni göstərdi. Bu, həmin hakimdir ki, "Qarabağ"la oyunöncəsi Con İrasabalı qırmızı vərəqə ilə cəzalandırdı. Halbuki qaydanı Qoba Zakpa pozmuşdu". Musayev meydanda gərgin mübarizə getdiyini söyləyib: "Ənənəvi olmayaraq, ikili mübarizələri uduzduq. Azlıqda qaldıqdan sonra xarakter göstərib hesabı bərabərləşdirdik. Hətta yaxşı qol fürsətimiz də oldu ki, dəyərləndirə bilmədik. Matçın sonların konsentrasiyanı itirdik, rəqib də bundan yararlandı. Bizim üçün çox önəmli olan xallar itirdik". Onun sözlərinə görə, buraxılan qollar bütün komandanın səhvidir: "Hazırda məsələyə individual şəkildə yanaşmamalıyıq. Matçı təhlil etdikdən sonra fikir bildirmək olar".

コメント


bottom of page