Moldovada koronavirusun Britaniya ştammı aşkarlanıb
top of page

Moldovada koronavirusun Britaniya ştammı aşkarlanıb


Moldovada COVID-19 virusunun Britaniya ştammı aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, Moldova Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 23 nəfərdən götürülən analiz Almaniya laboratoriyasına göndərilib. Onlardan 11-də Britaniya ştammı aşkarlanıb.

Həmin şəxslər Böyük Britaniyadan Moldovaya gələn yerli və xarici vətəndaşlardır.

Qeyd edək ki, Moldovada sərt karantin rejimi tətbiq edilir.

bottom of page