Moldova 25 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etmək niyyətindədir
top of page

Moldova 25 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etmək niyyətindədir


Rəsmi Kişinyov 25 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etmək niyyətindədir.

Bunu Moldovanın xarici işlər naziri Niku Popesku bildirib.

Onun sözlərinə görə, söhbət əsasən Moldovaya girişin qadağan edilməsindən, Ukraynada hansısa formada hərbi əməliyyatlarda iştirak edən şəxslərin bank hesablarının və ya aktivlərinin dondurulmasından gedir.

Bundan əvvəl Moldova parlamenti Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü ilə bağlı bəyannamə qəbul edib.

bottom of page